10 C
Baku
Friday, December 12, 2025

Bloomberg: ABŞ-nin “Qızıl günbəz”i 1,1 trilyona başa gələ bilər

ABŞ-nin “Qızıl günbəz” adlı raketdən müdafiə sisteminin yaradılması Donald Trampın vəd etdiyi 175 milyard dollar əvəzinə, 1,1 trilyon dollara başa gələcək.

Banker.az xəbər verir ki, bunu “Bloomberg” agentliyinin hesablamaları göstərir.

Hərbi ekspertlər agentliklə söhbətdə ABŞ administrasiyasının “Qızıl günbəz”i 2029-cu ildə istismara vermək hədəfini, həmçinin xərcləri 175 milyard dollarla məhdudlaşdırmaq planlarını qeyri-realist adlandırıblar. “Bloomberg”in hesablamalarına görə, 1,1 trilyon dollarlıq məbləğ Trampın açıqladığı xərcləri 500%-dən çox üstələyə bilər.

Agentlik vurğulayıb ki, hesablamalarda yalnız silahlanma və müdafiə sistemlərinin qiymətləri nəzərə alınıb, lakin əməliyyat xərcləri, tədqiqat işlərinə çəkilən vəsait, həmçinin personalın əməkhaqqı daxil edilməyib. “Bloomberg” əlavə edib ki, bütün bunlar “Qızıl günbəz”in yekun dəyərini daha da artıra bilər. Hətta bu PRO sistemi istismara verilsə belə, onun 100% effektiv olacağına zəmanət yoxdur.

Son xəbərlər
Digər xəbərlər