16 C
Baku
Thursday, April 25, 2024

“Bloomberg” ABŞ və Çin arasındakı danışıqların mühüm məqamını tutub

Banker.az xəbər verir ki, Bloomberg-in verdiyi məlumata görə, müqavilənin şərtləri bu ilin əvvəlində razılaşdırılıb.

Agentlik əlavə olaraq qeyd edir ki, Ağ Ev Çin ilə əqli mülk və texnologiyaların ötürülməsi ilə bağlı danışıqlar aparmağa ümid edir.

Pekin ilə Vaşinqton arasında danışıqlar oktyabrın 10 və 11-də keçiriləcəkdir. Tərəflər qarşılıqlı güzəşt barədə razılığa gələ bilməsələr, oktyabrın 15-də ABŞ Çindən idxal olunan mallara tətbiq etdiyi ticarət tariflərini 25%-dən 30%-a qədər artıracaq.

Xatırladaq ki, iki ölkə arasındakı ticarət müharibəsi ötən il başlayıb. Tərəflər qarşılıqlı olaraq ticarət tariflərini tətbiq ediblər. Bu günə qədər keçirilən danışıqlar heç bir nəticə verməyib..

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər