OPEC ölkələri neft hasilatının azaldılması barədə razılığın son mərhələsinə start verib. Bloomberg agentliyi bu haqda məlumatı 14 noyabr tarixində nümayəndə heyətlərindən birinə istinadən verdi.
Agentliyin verdiyi məlumata görə, Qətər, Əlcəzair və Venesuela kartelin nəhəng üzvləri arasındakı fikir ayrılığını tənimləməyə çalışır. Bununla belə, Səudiyyə Ərəbistanı, İraq və İran əvvəl olduğu kimi hələ də neft hasilatı həcminin azaldılması üzrə kvotanın təyin edilməsi məsələsində razılığa gələ bilmir.
Bloomberg-in xəbər verdiyinə görə, Ər-Riyad neft hasilatını yalnız bir şərtlə azaltmağa razıdır ki, İraq və İran da daxil olmaqla digər OPEC üzvləri də eyni addımı atmağa razı olsunlar. Bununla yanaşı, neft hasilatı həcmi OPEC üzv ölkələrinin rəhbərlərinin qiymətləndirilməsinə əsaslanmamalıdır.
OPEC-in danışıqlar aparması xəbəri fonunda 1 barrelinin dəyəri 44 dollar səviyyəsindən aşağı enən Brent markalı neftin qiymətinin düşməsi ləngidi.
Qeyd edək ki, OPEC-ə üzv ölkələr 28 sentyabrda Əlcəzairdə neft qiymətlərinin dondurulması barədə razılığa gəldilər. Kartel iştirakçıları neft hasilatının ən yüksək həcmini 1 gün üçün 32,5 milyon barrel həcmində təyin etdilər. Belə təxmin edilir ki, razılığın son variantı noyabr ayının sonuna nəzərdə tutulmuş görüşdə imzalanmalıdır.
OPEC – neft qiymətlərini sabitləşdirmək məqsədi ilə neft hasil edən ölkələr tərəfindən yaradılan beynəlxalq təşkilatdır. Tərkibinə 13 ölkə daxildir: İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı, Venesuela, Qətər, Liviya, BƏƏ, Əlcəzair, Nigeriya, Ekvador, Anqola və İndoneziya.