18 C
Baku
Sunday, September 8, 2024

Bloomberg: Aİ Azərbaycanla qaz idxalının artırılması ilə bağlı danışıqlara başlayıb

İlin sonunda Rusiya ilə mövcud müqavilənin müddətinin başa çatması ardından Ukrayna və Avropa İttifaqı tərəfindən təbii qazın Ukrayna vasitəsilə Avropaya tədarükü üçün Azərbaycana müraciət edilib.

Banker.az Bloomberg-ə istinadən xəbər verir ki,  bunu Azərbaycan Prezidenti İlham Əliyev şənbə günü Şuşada keçirilən konfransda bildirib.

“Ukrayna, Aİ və Rusiya ilə müzakirələr davam edir və bütün tərəflər tədarükün davam etdirilməsində maraqlıdır”, – deyə Əliyev bildirib.

Ukrayna Prezidenti Vladimir Zelenski bu ayın əvvəlində bəyan edib ki, Ukrayna tranzit ölkə rolunu saxlamaq və qərb qonşularının enerji təhlükəsizliyini dəstəkləmək məqsədi ilə Azərbaycandan Aİ-yə təbii qaz tədarükünü asanlaşdırmaq üçün danışıqlar aparır. Zelenski Bloomberg-ə bildirib ki, Rusiya qazının Azərbaycan tədarükü ilə əvəzlənməsinə dair razılaşma müzakirə olunan təkliflər arasındadır.

Agentlik yazır ki, Avropa Ukraynanı işğal edəndən bəri Rusiya qazından asılılığını azaltmağa çalışır, bununla belə bəzi Avropa ölkələri hələ də Ukraynadan keçən boru kəməri ilə qaz alırlar. Mövcud tranzit sazişinin müddəti 2024-cü ilin sonunda başa çatır və bir çoxları davam edən müharibə səbəbindən Rusiya qazının axınının dayanacağını gözləyir.

Əliyev qeyd edib ki, Avstriya və Slovakiya kimi ölkələr Rusiya qazının Ukrayna üzərindən nəqli dayandırılarsa, ciddi çətinliklərlə üzləşə bilər, çünki onlar başqa yerdən qaz almaq üçün daha çox pul ödəməli olacaqlar.

Azərbaycan lideri, ölkəsinin qaz hasilatının Xəzərdə yeni və mövcud layihələr hesabına artmağa hazır olduğunu bildirib. Azərbaycan 2022-ci ildə Avropa Komissiyası ilə 2027-ci ilə qədər Avropaya qaz ixracını iki dəfə artıraraq 20 milyard kubmetrə çatdırmaq üçün anlaşma memorandumu imzalayıb.

Əliyev bildirib ki, ölkə məqsədə doğru irəliləyir. Avropaya ixrac 2023-cü ildəki 11,8 milyard kubmetrdən və 2021-ci ildə 8 milyard kubmetrdən bu il 13 milyard kubmetrə yaxın artacaq.

“Təchizat Azərbaycanı Gürcüstan və Türkiyə vasitəsilə Avropa ilə birləşdirən “Cənub Qaz Dəhlizi” adlandırılan boru kəmərləri zənciri ilə göndəriləcək”, – deyə cənab Əliyev bildirir.

Banker.az olaraq xatırladırıq ki, Azərbaycan həmçinin Türkmənistandan da təbii qaz idxalını svop qaydada davam etdirir.

Son xəbərlər
Digər xəbərlər