12 C
Baku
Saturday, November 23, 2024

Bloomberg: Aİ embarqosundan sonra Rusiyanın neft ixracı 54% azalıb

Avropa İttifaqının (Aİ) Rusiyadan dəniz yolu ilə daşınan neftin idxalına qadağa qoymasından sonra satış 54% azalıb.

Bu barədə “Bloomberg“ məlumat verib.

Qadağadan qüvvəyə mindiyi birinnci həftədə tədarükün ümumi həcmi sutkada 1.86 milyon barel və ya 54% azalaraq 1.6 milyona enib.

Xatırladaq ki, qadağa ilə yanaşı Aİ, G7 və Avstraliya Rusiyadan dəniz yolu ilə daşınan neftin barrelinə 60 dollar qiymət tətbiq edib.

Rusiya neftinin ixrac həcminin azalması Baltik dənizindəki Primorsk limanındakı neft terminalındakı işlərə də təsir edib.

Bir həftə ərzində limanda yük göndərilməsi 8 dəfədən 3-ə enib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər