33 C
Baku
Wednesday, July 16, 2025

“Bloomberg”: Aİ iki Çin bankına qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır

Avropa İttifaqı Rusiyaya alyansın mövcud sanksiyalarından yan keçməyə kömək etdiyinə görə iki kiçik Çin bankına məhdudiyyətlər tətbiq etməyi təklif edib, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Sənədə əsasən, Aİ maliyyə institutlarına Çinin Rusiya ilə sərhədi yaxınlığında yerləşən iki bankla hər hansı əməliyyat aparmaq qadağan ediləcək. “Bloomberg” bankların adını çəkmir, çünki tədbirlər hələ dərc olunmayıb.

Agentlik bildirir ki, banklar Moskvaya “əməliyyatların icrası və ya ticarət əməliyyatları üçün ixracın maliyyələşdirilməsi ilə” kömək etdiyi iddia edilən maliyyə institutlarının siyahısına əlavə olunacaq. Sənədə görə, siyahıda olan bəzi banklar Rusiyaya sanksiyalardan yayınma cəhdlərində kömək edən “kriptoaktiv xidmətlər” də göstərib.

Təkliflər Aİ-nin bütün üzv dövlətlərinin dəstəyini tələb edəcək. Tədbirlərin bütün siyahısı 18-ci sanksiyalar paketində yer alacaq və hələ dəyişə bilər.

Son xəbərlər
Digər xəbərlər