14 C
Baku
Thursday, May 2, 2024

“Bloomberg”: Aİ iqtisadiyyatını “ağır qisas” gözləyir

Avropa valyutası yarandığı gündən bəri ən böyük zərbə ilə üz-üzədir, yüksək faiz dərəcələri və yenilənmiş xərc məhdudiyyətləri böyük tənəzzül riskini artırır, bu barədə “Bloomberg Economics”in analitikləri yazıblar.

Ekspertlərin proqnozlarına görə, artan borclanma xərclərinin gecikmiş təsiri 2024-cü ildə pik həddə çatacaq ki, bu da ÜDM-i 3.8% azaldacaq. Dəstək tədbirlərinin ləğvi və enerji qiymətlərinin dinamikası bu rəqəmi 5%-ə qədər artıra bilər.

“Bloomberg” bu vəziyyəti Avropa Mərkəzi Bankının (ECB) faiz artımına görə “ağır qisasa hazırlıq” adlandırıb. “Təhlükə ondan ibarətdir ki, iqtisadiyyatın dayanıqlılığı hələ də arxayınlıq verir, pul siyasətinin sərtləşdirilməsi isə gecikmiş və acınacaqlıdır”, – deyə araşdırmanın həmmüəllifi Ceymi Raş yazıb.

Raş deyir ki, Avropa iqtisadiyyatı üçün ən yaxşı ssenari “yumşaq eniş”dir. Bu termin iqtisadiyyatın yavaş artıma, sonra isə uzun müddət tənəzzülə yaxınlaşan, lakin sonuncudan qaçaraq potensial olaraq sabitliyə keçid edən prosesi kimi başa düşülür. Ekspert xəbərdarlıq edib ki, yüksək faiz dərəcələri iqtisadiyyata zərər verə bilər.

“Bruegel” analitika mərkəzinin baş elmi işçisi Qreqori Kleis bildirib ki, qarşıdakı 12 ayda Avropa İttifaqının iqtisadiyyatı monetar və fiskal siyasətlərin sərtləşdirilməsi qərarlarının ən böyük təsiri dövrü ilə üzləşəcək. “Düzünü desəm, bir az narahatam”, – mütəxəssis deyib.

İyulun sonunda Avropa İttifaqında faiz dərəcəsi ard-arda doqquzuncu dəfə qaldırılanda ECB-nin rəhbəri Kristin Laqard iqtisadi mənzərənin pisləşdiyini etiraf edib və uçot dərəcəsinin yenidən qaldırılacağını istisna etməyib.

Çin də iqtisadi çətinliklərlə üzləşir: məsələn, ötən ikinci rübdə ölkənin ÜDM-i ilk üç ayla müqayisədə cəmi 0.8% artıb. Çin səlahiyyətliləri buna ölkədəki iqtisadi vəziyyət haqqında mənfi şərhlər verməyi qadağan etməklə cavab verib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər