Avropa İttifaqında (Aİ) sanksiyalara məruz qalmış rusiyalı oliqarxların dondurulmuş aktivlərinin müharibədən sonra Ukraynanın bərpasının maliyyələşdirilməsinə yönəldilməsi müzakirə olunur.
Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Bildirilib ki, bu ideyanın hələ ilkin mərhələdədir və hələ qəti qərar qəbul edilməyib. Mümkün variantlardan biri kimi bu aktivlərdən hərbi reparasiyaların maliyyələşdirilməsi üçün istifadə edilməsi göstərilir. Bu aktivlərdən necə istifadə ediləcəyi barədə qərarı Aİ ölkələri qəbul edəcək. Hazırda oliqarxların aktivləri sadəcə dondurulub.