7 C
Baku
Monday, February 6, 2023

“Bloomberg”: Aİ Rusiya nefti üçün $65-70 “tavan” qiymət müəyyən edəcək

Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri bu gün, noyabrın 23-də Rusiya neftinin maksimal qiymətini müzakirə edəcəklər. Bildirilir ki, “tavan” qiymətin 65-70 dollar/barel səviyyəsində müəyyən ediləcəyi gözlənilir. Bu barədə mənbələrə istinadən “Bloomberg” məlumat yayıb.

Agentliyin məlumatına görə, Aİ bu gün, noyabrın 23-də, Aİ səfirlərinin həmin gün keçiriləcək görüşündə məhdudiyyətlər razılaşdırılarsa, Rusiya neftinin qiymətinin yuxarı həddini rəsmən elan edəcək. “Bloomberg” qeyd edir ki, təklifin qəbul edilməsi üçün qərar 27 üzv dövlət tərəfindən dəstəklənməlidir.

Oktyabr ayında Aİ Rusiyaya qarşı səkkizinci sanksiya paketini qəbul etdi ki, buraya digər məsələlərlə yanaşı, Rusiya neftinin qiymətinin yuxarı həddinin müəyyən edilməsi daxil idi.

Son xəbərlər
Digər xəbərlər
X