Avropa İttifaqı (Aİ) ölkələri Rusiya qazının idxalına sıfır kvotanın tətbiqi imkanını nəzərdən keçirir. Bu barədə mənbələrə istinadən “Bloomberg” məlumat yayıb. Nəşr yazır ki, təklif iyunun ortalarında irəli sürülə bilər.
Bu, Aİ-yə müəssisələrlə “Qazprom” arasında əməkdaşlığı tamamilə dayandırmağa və mayın əvvəlində təklif olunan 2027-ci ilə qədər Rusiya qazının idxalına qadağa qoyulması planını effektiv şəkildə təsdiq etməyə imkan verəcək. Sıfır idxal kvotası tətbiq etmək üçün səs çoxluğunun təsdiqi kifayətdir. Beləliklə, Aİ üzvlərindən biri məhdudiyyətdən imtina etsə belə, tədbir razılaşdırıla bilər.
Aprelin ortalarında bildirilmişdi ki, avropalı hüquqşünaslar enerji şirkətlərinin Rusiyanın “Qazprom” şirkəti ilə müqavilələrini ləğv etmək yollarını axtarırlar. Daha sonra onlar belə qənaətə gəliblər ki, Ukraynada hərbi əməliyyatlar uzunmüddətli razılaşmaların birtərəfli qaydada pozulmasına səbəb ola bilməz.