15 C
Baku
Friday, September 20, 2024

Bloomberg: “Amazon” istifadəçilərinə qulaq asır

“Amazon” şirkətinin əməkdaşları Alexa səs köməkçisi vasitəsilə istifadəçilərin səs yazmalarına qulaq asırlar, burada əsas məqsəd xidməti daha da yaxşılaşdırmaqdır. Banker.az xəbər verir ki, bu haqda yeddi mənbəyə istinadən Bloomberg xəbər verir.

Şirkətin hər bir komanda üzvü gün ərzində 9 saat işləyərək, minə yaxın səs yazmasına qulaq asır. Bəzən şirkətin əməkdaşları üzərində “Amazon” yazısı olmayan fərqli-fərqli binalarda çalışırlar. Bu haqda şirkətin Rumıniyadakı ofisində çalışan iki əməkdaş məlumat verib.

Səs yazmaları dinlədikdən sonra, onlar yenidən cihazın proqram təminatına qaytarılırlar. Mənbələr qeyd edirlər ki, proqram təminatında insanın deyil, süni intellektin rolu daha böyükdür.

Səs yazmaların birində cinsi zorakılığın əlamətləri aşkar edilmişdir. Adətən “Amazon” bu kimi hadisələrdə hərəkət planına malik olur. Lakin, şirkətin sorğu göndərməsinə baxmayaraq, bu “Amazon” un işi deyil” deyə bir cavab almışdır.

Son xəbərlər
Digər xəbərlər