Asiyalı danışıqlarçılar ABŞ-la ticarət razılaşmaları üçün 800 saatdən çox uçuş gerçəkləşdiriblər.
Banker.az bu barədə “Bloomberg”ə istinad edir.
2 aprel tarixində tariflərin elan olunmasından sonra Asiya ölkələrindən olan nümayəndə heyətləri Vaşinqtona azı 20 səfər edib, 350 000 mildən çox məsafə qət edib və 770 saatdan artıq uçuş həyata keçiriblər. Səfərlər hələ də davam edir, çünki razılaşmalar üçün son tarix – 1 avqustdur.
Ölkələr üzrə statistika:
▫️ 🇯🇵 Yaponiya: 7 səfər, 175 saat, 94 780 mil
▫️ 🇮🇳 Hindistan: 3 səfər, 120 saat, 45 120 mil
▫️ 🇰🇷 Cənubi Koreya: 4 səfər, 108 saat, 55 520 mil
▫️ 🇹🇼 Tayvan: 3 səfər, 108 saat, 47 106 mil
▫️ 🇲🇾 Malayziya: 2 səfər, 92 saat, 38 216 mil
▫️ 🇮🇩 İndoneziya: 2 səfər, 90 saat, 40 656 mil
▫️ 🇨🇳 Çin: Vaşinqtona 0 səfər, 42 saat, 20 445 mil — danışıqları Cenevrə və Londonda aparır
▫️ 🇹🇭 Tailand: 1 səfər, 42 saat, 17 690 mil
Hindistan və Tayvan kimi bəzi ölkələr üçün birbaşa uçuşların olmaması bu səfərləri daha da ağırlaşdırır.
Danışıqlar isə nəticəsizdir.