Rusiya Ukraynada boru kəməri ilə qaz tədarükünü dayandırdıqdan sonra bazarda qıtlıq yaranıb, hansı ki Avropanı 2026-cı ildə qaz uğrunda mübarizə aparmağa məcbur edə bilər, “Bloomberg” yazır.
Avropa gələn il qaz ehtiyatları hədəflərini əldən vermə riski ilə üzləşəcək. Ehtiyatları artırmaq üçün Avropa hər il daha 10 milyon ton mayeləşdirilmiş təbii qaz idxal etməlidir ki, bu da 2024-cü ildəkindən 10% çoxdur.
Havaların soyuması vəziyyəti daha da gərginləşdirir. Məqalədə vurğulanır ki, mövcud vəziyyət nəticəsində Asiya və Cənubi Amerikanın daha kasıb ölkələri bazardan sıxışdırıla bilər.
2025-ci il yanvarın 1-də “Qazprom”la tranzit müqaviləsinin müddəti başa çatdığı üçün Ukrayna ərazisi ilə Avropa ölkələrinə qaz nəqli dayandırılıb. Kiyev müqaviləni yeniləməkdən imtina edib.