9 C
Baku
Sunday, November 17, 2024

“Bloomberg”: Avrozonada tənəzzül riski 2020-ci ilin noyabr ayından bəri ən yüksək səviyyədədir

“Bloomberg” tərəfindən sorğu keçirən ekspertlərin fikrincə, Avrozona iqtisadiyyatının tənəzzüllə üzləşməsi riski 45%-dən 60%-ə yüksəlib. Bu, 2020-ci ilin noyabrından bəri ən yüksək səviyyədir. İqtisadiyyatın bu rübün əvvəlində durğunluğa keçməsi ilə ilk olaraq Almaniyanın zərər çəkəcəyi gözlənilir.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Sorğuya görə, Avrozonada inflyasiya 2022-ci ildə orta hesabla 8%-ə yaxın olacaq. Bu, Avropa Mərkəzi Bankının proqnozundan təxminən dörd dəfə çoxdur. 2023-cü ildə ekspertlər inflyasiyanın 4%-ə çatacağını, 2024-cü ildə isə 2%-ə qədər yavaşlamasını gözləyirlər.

Bloomberg-in qeyd etdiyi kimi, Avrozonada şirkətlərə və ev təsərrüfatlarına dəyən zərər yaşayış minimumunun artmasına, eləcə də “Rusiya üçün enerji təhlükəsi”nə səbəb olur. Vəziyyət həm də bu yay Avropa çaylarında suyun səviyyəsinin aşağı düşməsinə səbəb olan güclü quraqlıq ilə daha da ağırlaşır.

Son xəbərlər
Digər xəbərlər