7 C
Baku
Wednesday, December 25, 2024

“Bloomberg”: Bayden Ukraynanın 4.65 mlrd. dollarlıq borcunu silmək istəyir

ABŞ-nin hazırkı prezidenti Co Baydenin administrasiyası Konqresə Ukraynanın 4.65 milyard dollarlıq borcunu silməyi planlaşdırdığını bildirib, “Bloomberg” yazır.

Dövlət Departamentinin noyabrın 18-də Konqresə göndərdiyi məktubda bildirilir ki, “Ukraynanın qalib gəlməsinə kömək etmək ABŞ-nin və onun tərəfdaşlarının milli maraqlarına uyğundur”.

Noyabrın 17-də “The New York Times” mənbələrə istinadən yazıb ki, Bayden Ukraynaya Rusiyaya zərbələr endirmək üçün amerikalıların tədarük etdiyi uzaq mənzilli ATACMS raketlərindən istifadə etməyə icazə verib. Noyabrın 20-də “The Washington Post” öz mənbələrinə istinadən yazıb ki, Amerika lideri Ukraynaya piyada əleyhinə minaların  tədarükünə icazə verib.

Son xəbərlər
Digər xəbərlər