10 C
Baku
Friday, December 13, 2024

Bloomberg: Baydenin Çin üzrə müşaviri istefa verməyi planlaşdırır

ABŞ prezidenti Cozef Baydenin Çin üzrə baş müşaviri Laura Rozenberqer ABŞ hava məkanında bir neçə hava şarının aşkarlanması ilə bağlı insident fonunda istefa verməyi planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

L. Rosenberqer Ağ Evdəki Milli Təhlükəsizlik Şurasının (MTŞ) Çin üzrə baş direktorudur. O, gələn ay vəzifəsini tərk etmək niyyətindədir.

İstefa xəbəri Çin və ABŞ arasında kəşfiyyat hava şarları ilə bağlı yaranan gərginlik fonunda gəlsə də, Rosenberqer istefasını bu hadisələrdən çox əvvəl planlaşdırıb.

Onu ABŞ Dövlət Departamentinin rəsmisi Sara Biran əvəz edəcək.

Son xəbərlər
Digər xəbərlər