28 C
Baku
Saturday, July 27, 2024

Bloomberg Baydenin Floridadakı kampaniyasına dəstək üçün 100 mln. dollar ayıracaq

Nyu-York şəhərinin keçmiş meri Michael Bloomberg, Demokratlar Partiyasının namizədi olan Baydeni dəstəkləmək üçün 100 milyon dollar vəsait ayıracaq.

Banker.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat verib.

Bu açıqlamanı o, “NBC News” və “Marist Poll”un ABŞ-ın hazırkı prezidenti Donald Trampla Bayden arasında Floridada gərgin mübarizə getdiyini üzə çıxardıqdan sonra verib. Araşdırmağa görə, 65 yaşdan yuxarı olan seçicilərin səsi demək olar ki, bərabər bölünür: respondentlərin 49%-i Baydeni, 48%-i isə Trampı dəstəkləyir.

Florida – prezidentliyə namizədlər üçün əsas əyalətlərdən biridir. Bu ən böyük seçici kollegiyası təmsil olunub – 29 nəfər. Respublikaçı Corc Buş (kiçik) da məhz Floridada qalib gəlmişdir.

Qeyd edək ki, Tramp Bloomberg-in bu qərarını lağa qoyub. “Mən Maykın demokratlara təxminən 2 milyard dollar xərclədikdən sonra siyasətlə məşğul olmadığını düşünürdüm”, – deyə prezident öz “Twitter”də yazıb.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 3-də keçiriləcək. Ölkənin hazırkı prezidenti Donald Trampın əsas rəqibi Co Baydendir.

Son xəbərlər
Digər xəbərlər