13 C
Baku
Monday, May 20, 2024

Bloomberg: Braziliyada qəhvə ehtiyatları azalır

Dünyanın ən böyük qəhvə tədarükçüsü olan Braziliyada quraqlıq səbəbindən bu ilin yazına qədər məhsul ehtiyatı tarixi minimuma enə bilər.

Bunu Braziliyanın Qəhvə Şurasının rəhbəri Silas Brazileyru deyib. Onun hesablamalarına görə, mart ayınadək ölkədə qəhvə ehtiyatı 60 kiloqramlıq 7 milyon kisəyə enə bilər.

“hEDGEpoint Global Markets” tədqiqat mərkəzinin məlumatına əsasən, qəhvə istehlakı bu il 1.5 faiz, ötən il isə 2 faiz artıb və bu, qiymətlərin bahalaşmasına səbəb olub. Nyu-Yorkda “arabica” markalı qəhvənin fyuçerslərinin dəyəri illik müqayisədə 11 faiz bahalaşıb və analitiklər bu prosesin davam edəcəyini gözləyir.

Ekspertlər hesab edirlər ki, yaxın gələcəkdə vəziyyət dəyişməyəcək. Belə ki, yaxın aylarda Braziliyada quraqlıq daha da şiddətlənəcək, ikinci ən böyük qəhvə tədarükçüsü Kolumbiyaya isə əksinə, həddindən artıq yağıntı düşəcək. Əlverişsiz hava şəraiti, həmçinin Qvatemala, Honduras və Nikaraquadakı qəhvə plantasiyaları üçün də təhlükə yaradacaq.

MənbəAzertac
Son xəbərlər
 ⁠
Digər xəbərlər