Amerikanın “Bloomberg Businessweek” biznes jurnalı 2025/26-cı tədris ili üçün dünyanın müxtəlif regionlarında ən yaxşı biznes məktəblərinin reytinqini dərc edib. Siyahıya dərsləri əsasən ingilis dilində tədris olunan 102 məktəb daxil olub.
Metodologiya
Reytinq tərtib edilərkən tələbələrin və iki məzun qrupunun rəyləri nəzərə alınıb. Sorğuda ümumilikdə 2016–2019-cu illərin 9143 məzunu, yaxın dövrün 5372 tələbəsi və 766 işəgötürən iştirak edib.
Üç respondent qrupu məktəbləri bir çox meyar üzrə qiymətləndirib: keçmiş tələbələrin işə düzəlmə imkanlarından tutmuş məzun icmalarının keyfiyyətinədək. Ümumilikdə təhsil müəssisələri beş göstəriciyə əsasən sıralanıb: “Məzunların gəliri” (ən böyük çəkiyə malik göstərici), “Tədris”, “Netvorkinq”, “Sahibkarlıq” və “İnklüzivlik” (bu meyar ən az çəkiyə malikdir və yalnız ABŞ məktəblərinin qiymətləndirilməsində istifadə olunub).
“Məzunların gəliri” göstəricisi MBA məzunlarının işə düzəlməsi, onların median maaşları və bonusları barədə məlumatlara əsaslanır.
“Tədris” göstəricisi məktəbdə dərs deməyin keyfiyyətini əks etdirir: təklif olunan kursların müxtəlifliyi, tədris proqramının biznesin ehtiyaclarına uyğunluğu, müəllimlərin dəstəyinin səviyyəsi, qruplarda tələbə sayı və s.
“Netvorkinq” göstəricisi sinif yoldaşları arasındakı əlaqələrin möhkəmliyi, tələbə və məzunların, eləcə də məzunların bir-biri ilə qarşılıqlı əlaqəsinin intensivliyi, karyera ofisinin işi, məktəbin brendinin gücü və s. kimi elementlərdən ibarətdir.
“Sahibkarlıq” göstəricisinə MBA diplomu sahiblərinin öz bizneslərini qurmaq üçün hazırlıq səviyyəsi ilə bağlı rəyləri, eləcə də işəgötürənlərin onların sahibkarlıq bacarıqları barədə fikirləri təsir göstərir.
“İnklüzivlik” göstəricisi yalnız ABŞ biznes məktəbləri üçün hesablanır və tələbələrin irqi və gender mənsubiyyəti ilə bağlı məlumatlara əsaslanır.
Bütün meyarlar üzrə qiymətləndirmənin nəticələrinə əsasən ABŞ, Kanada, Avropa və Yaxın Şərq, həmçinin Asiya-Sakit okean regionunun məktəbləri üzrə bir neçə reytinq tərtib olunub.
Nəticələr
ABŞ
Reytinqə daxil olan biznes məktəblərinin çoxu (70) ABŞ ərazisində yerləşir. ABŞ-dəkı təhsil müəssisələri arasında lider Stenford Ali Biznes Məktəbi olub. O, həmçinin “Netvorkinq” və “Sahibkarlığın tədrisi” üzrə ən yaxşılar siyahısında birinci yeri tutur. “Məzunların gəliri” göstəricisində məktəb yalnız Uorton Biznes Məktəbinə uduzur.
Stenford Ali Biznes Məktəbi Silikon Vadisi ilə güclü əlaqələri ilə tanınır, buna görə də məzunlarının əhəmiyyətli hissəsi (21,7%) yüksək texnologiyalar sahəsində karyera qurur. Diplom sahibləri həmçinin maliyyə sektorunda (37,4%) və konsaltinqdə (14,1%) işləyirlər. Stenford Ali Biznes Məktəbində təhsil haqqı 86 568 ABŞ dollarıdır, məzunların median illik maaşı 185 000 dollar, median bonusları isə 30 000 dollardır.
“Tədris” kateqoriyasında birinci yeri Uilyam və Meri Kollecinin Raymond Mason Biznes Məktəbi tutur (ABŞ reytinqində 36-cı yer); “İnklüzivlik” kateqoriyasında isə lider Corc Vaşinqton Universitetinin Biznes Məktəbidir (ABŞ reytinqində 56-cı yer).
ABŞ-nin 10 ən yaxşı biznes məktəbi
Avropa və Yaxın Şərq
“Bloomberg Businessweek” reytinqlərinə daxil olan biznes məktəblərinin sayına görə ikinci yerdə Avropa və Yaxın Şərq dayanır. Bu bölgələrdən olan məktəblər — cəmi 19 təhsil müəssisəsi — ümumi siyahıda birləşdirilib.
Şübhəsiz lider Milanda yerləşən İtaliyanın Bokkoni Xalq Təsərrüfatı İdarəetmə Məktəbidir (SDA Bocconi). Məktəb “Məzunların gəliri”, “Netvorkinq” kateqoriyalarında birinci, “Tədris” kateqoriyasında isə ikinci yerdədir (birinci yerdə İsveçrənin IMD — Beynəlxalq İdarəetmə İnstitutu dayanır). Sahibkarlıq bacarıqlarının inkişafı keyfiyyətinə görə “SDA Bocconi” yeddincidir (birinci yerdə yenə IMD-dir).
Bokkoni Xalq Təsərrüfatı İdarəetmə Məktəbi İtaliyada iqtisadiyyat üzrə bakalavr proqramları hazırlayan ilk məktəb kimi tanınır. Onun məzunlarının əhəmiyyətli hissəsi konsaltinq (22%), maliyyə sektorun (15%) və yüksək texnologiyalar sahəsində (8,5%) çalışır. Məktəbdə təhsil haqqı 82 120 avrodur, diplom sahibləri isə orta hesabla illik 112 004 avro maaş və 24 703 avro bonus qazanırlar.
Avropa və Yaxın Şərqin 10 ən yaxşı biznes məktəbi
Asiya-Sakit Okean regionu
Asiya-Sakit Okean regionu “Bloomberg Businessweek”in reytinqində ən çox təmsil olunan üçüncü regiondur. Reytinqdə yer alan doqquz məktəb arasında Şanxay Maliyyə və İqtisadiyyat Universitetinin (SUFEE) Biznes Kolleci birinci yerdədir. Honq-Konq Elm və Texnologiya Universitetinin (HKUST) Biznes və İdarəetmə Məktəbi və Hindistan İdarəetmə İnstitutu (IIM) “Məzunların gəliri istisna olmaqla, bütün kateqoriyalarda liderlik edir.
Şanxay Maliyyə və İqtisadiyyat Universitetinin məzunları Çinin aparıcı maliyyə korporasiyaları tərəfindən həvəslə işə götürülür: keçmiş tələbələrin 38,3%-i orada işləyir. Texnologiya şirkətləri məzunların 13,8%-ni, istehsal şirkətləri isə 9,6%-ni işlə təmin edir. Universitetdə təhsil haqqı 288 000 yuan (40 543 dollar), məzunların orta əmək haqqı isə ildə 280 000 yuan (39 416 dollar) təşkil edir.
Asiya-Sakit Okean regionunda aparıcı biznes məktəbləri
Kanada
Kanada reytinqdə dörd təhsil ocağı ilə təmsil olunur. Monrealın Con Molson Biznes Məktəbi birinci yerdədir. O, təkcə ümumi reytinqlərə deyil, həm də “Məzunların gəliri” və “Sahibkarlıq” kateqoriyalarında liderlik edir. Məktəb “Netvorkinq” kateqoriyasında ikinci (Ayvi Biznes Məktəbi birinci yerdədir), “Tədris” kateqoriyasında isə üçüncü yerdədir (Monrealdakı Ayvi Biznes Məktəbi və Ali Kommersiya Araşdırmaları Məktəbindən sonra).
Con Molson Biznes Məktəbinin məzunları əsasən maliyyə (17,4%), texnologiya (10,9%) və istehsalat (8,7%) sahələrində çalışırlar. Məktəbdə təhsil haqqı 21 768 Kanada dolları (15 803 ABŞ dolları), məzunların orta əmək haqqı illik 112 500 Kanada dolları (81 674 ABŞ dolları), orta mükafat isə 20 000 Kanada dolları (14,520 dollar) təşkil edir.
Kanadanın aparıcı biznes məktəbləri