Bloomberg: Çin avtomobilləri o qədər sürətlə istehsal edir ki, tənzimləyici qurumlar narahat olmağa başlayıb

Çinin avtomobil istehsalçıları yeni modellərin hazırlanma müddətini süni intellektin tətbiqi hesabına 18 aya qədər azaltmağa hazırlaşsa da, təhlükəsizlik və sınaqlara nəzarətin sərtləşdirilməsi bu sürətin qarşısını ala bilər.

Banker.az bunu Bloomberg-ə istinadən xəbər verir.

IAT Automobile Technology və Çin Avtomobil İstehsalçıları Assosiasiyasının qiymətləndirməsinə görə, hazırda Çində yeni modelin hazırlanması təxminən iki il çəkir. Bu müddət xarici avtomobil istehsalçılarında 3-5 il təşkil edir.

Sürətli yenilənmə Çinin avtomobil sənayesinə qlobal üstünlük qazandırsa da, tənzimləyicilər bunun təhlükəsizlik və keyfiyyətə təsirindən narahatdır. Çin hökuməti avtomobil şirkətlərində gözlənilməz yoxlamaları əhatə edən birillik kampaniyaya başlayıb. “Chery”nin vitse-prezidenti Li Syueyong bildirib ki, avtomobillər milyonlarla ailənin təhlükəsizliyinə toxunur və onların hazırlanma müddətində müəyyən mərhələlər ixtisar edilə bilməz.

Çin həmçinin yeni enerji avtomobilləri üçün məcburi yol sınaqlarının məsafəsini 30 min kilometrə qədər iki dəfə artırmağı təklif edir. Ölkədə batareyalar, sürücüyə yardım sistemləri və qapı tutacaqları üzrə tələblər də sərtləşdirilib.

Bununla belə, şirkətlərin inkişaf tempini azaltması çətin görünür. Satışların zəifləməsi, xammal xərclərinin artması və istehlakçıların daha tez-tez yenilənən modellərə tələbi rəqabəti gücləndirir. Ekspertlər bildirirlər ki, süni intellekt proqram təminatı və rəqəmsal funksiyaların hazırlanmasını sürətləndirə bilər, lakin təhlükəsizlik baxımından kritik sınaqları əvəz edə bilməz.

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər