23 C
Baku
Monday, June 3, 2024

“Bloomberg”: Çin bankları 2016-cı ilin sonundan bəri maksimum valyuta satıb

Aprel ayında Çindən kapital aıxnı intensivləşib, ölkədəki banklar öz müştərilərinə 36.7 milyard dollar xarici valyuta satıb ki, bu da 2016-cı ilin sonundan bəri maksimum göstərici olub, “Bloomberg” yazır.

Materialda qeyd edilir ki, bu, “ixracatçıların dolların konvertasiyasını dayandırdığı, sakinlərin xaricə səfər zamanı xarici valyuta almağa başladığı və investorların yuanla ifadə olunmayan qiymətli kağızlara üstünlük verdiyi” zaman vaş verib.

Agentlik, ölkə banklarının xaricə 29.5 milyard dollarlıq vəsait köçürdüyünə diqqət çəkir, hansı ki rekord olub.

Ötən həftə məlum olub ki, Çin Xalq Bankı ölkənin daşınmaz əmlak bazarını sabitləşdirmək məqsədilə alış şərtlərini kəskin şəkildə sadələşdirərək, ipoteka kreditləri üzrə minimum faiz dərəcəsini ləğv edib və ev alanlar üçün ilkin ödənişi azaldıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər