Çin yarasalarında insan üçün ölümcül xəstəliklərlə əlaqəli viruslar aşkarlanıb.
Bu barədə Bloomberg yazır.
→ Alimlər Çinin Yunnan əyalətindəki yarasalarda 20 yeni virus aşkarlayıblar. Onlardan iki virus insan üçün təhlükəli olan Nipah və Hendra viruslarına bənzəyir.
Bu viruslar meyvə ilə qidalanan yarasalarda, insanların və heyvanların təbiətlə tez-tez təmasda olduğu bağçaların yaxınlığında aşkar edilib.
Tədqiqatın nəticələri, bu cür virusların insanlara və ya kənd təsərrüfatı heyvanlarına yoluxa bilmə riskinə təcili diqqət yetirilməsinin vacibliyini göstərir. Mütəxəssislər kəşfin elmi əhəmiyyətini vurğulasa da, yeni virusların nə dərəcədə təhlükəli olduğunu demək üçün hələ tez olduğunu bildirirlər.
https://www.bloomberg.com/news/articles/2025-06-24/viruses-related-to-deadly-human-diseases-found-in-chinese-bats







