10 C
Baku
Saturday, January 11, 2025

Bloomberg: Çində Nvidia ilə bağlı araşdırma başlayıb

Çinin Bazarın Tənzimlənməsi üzrə Dövlət İdarəsi antiinhisar qanunları pozmaqda şübhəli bilinən “Nvidia” korporasiyası ilə bağlı araşdırmaya başlayıb. Bu barədə “Bloomberg” məlumat yayıb.

Süni intellekt çiplərinin aparıcı tədarükçüsü olan “Nvidia” ABŞ və Çin arasında texnoloji üstünlük uğrunda döyüşün çarpaz atəşinə tutulub. Vaşinqton korporasiyaya ən qabaqcıl yarımkeçiricilərini Çindən gələn şirkətlərə satmağı qadağan edib və sonuncunun imkanlarını sarsıdıb.

Noyabrın əvvəlində “Nvidia” “Apple”ı keçərək dünyanın ən dəyərli şirkəti olub. Onun bazar kapitallaşması “Apple”ın 3.38 trilyon dollarına qarşı 3.43 trilyon dollara çatıb. Buna bazardakı artım təsir göstərib. Qeyd edək ki, “Nvidia” çip bazarında hələ də liderdir və 50% paya sahibdir. AMD-nin payı 12% olaraq qiymətləndirilir.

Son xəbərlər
Digər xəbərlər