14 C
Baku
Friday, November 22, 2024

“Bloomberg”: Çinin dövlət şirkətləri Rusiyaya kömək edir

Çinin dövlət şirkətləri Ukrayna ilə müharibədə Rusiyaya kömək edir.

Belə bir iddia ilə “Bloomberg” nəşri mənbələrindən aldığı məlumata əsasən çıxış edib.

Bildirilib ki, Bayden administrasiyası rəsmi Pekinə bəzi Çin dövlət şirkətlərinin Rusiyanın Ukraynadakı hərbi səylərinə kömək etməsinə dair sübutlar təqdim edib, ABŞ Pekinin bu fəaliyyətlərdən xəbərdar olub-olmadığını öyrənməyə çalışır.

“Yardımın nədən ibarət olduğu aydın deyil. Yalnız ümumi şəkildə məlumdur ki, yardım hərbi və iqtisadi xarakter daşıyır. Çin şirkətləri Rusiyaya hərbi əməliyyatlarında şüurlu şəkildə kömək edir. Prezident Si Tsinpin müharibə ilə bağlı Rusiyanı tənqid etməkdən yayınıb, lakin sülh danışıqlarında rol oynamağı təklif edib və münaqişədə nüvə silahının istifadəsinə qarşı çıxıb”, – deyə məlumatda qeyd olunub.

“Çinin dövlət şirkətlərinin həqiqətən də Ukraynanın işğalını dəstəklədiyi ortaya çıxarsa, bu, ABŞ-ın həm Rusiya, həm də Çinlə bağlı siyasəti üçün narahatlıq doğuran nəticələrə səbəb olacaq. ABŞ-ın Ukrayna ilə bağlı strategiyası digər məsələlərlə yanaşı, Putin hökumətini təcrid etmək və onun iqtisadiyyatını boğmaq üzərində qurulub. Dünyanın ikinci ən böyük iqtisadiyyatı olan Çindən artan dəstək bu strategiyanı əhəmiyyətli dərəcədə sarsıda bilər”, – “Bloomberg” yazıb.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər