10 C
Baku
Friday, December 13, 2024

Bloomberg: Devalvasiya tempi proqnozları qabaqlayır

Çində ABŞ dollarının məzənnəsi 6,7611 CNY/USD səviyyəsinə kimi geriləyərək son 6 ilin minimal həddinə enib. Bu, dolların qlobal valyuta bazarında möhkəmlənməsi və Çin hökumətində ixracın azalması səbəbindən yuanın ucuzlaşmasına icazə verəcəyinə dair siqnalların gəlməsi ilə bağlıdır. 

“Bloomberg” agentliyinə istinadən xəbərə görə, Çində dolların məzənnəsi 3 həftədir yüksəlir. “Bloomberg”in analitikləri bu məzənnənin 6,75 CNY/USD-yə yalnız 2016-cı ilin sonunda çatacağını proqnozlaşdırsalar da, ilin sonuna iki aydan çox vaxt qalmış məzənnə artıq proqnozu ötüb.

ELƏCƏDƏ OXU: Neft Fondu: “Qızıl ehtiyatı siyasi risklərin təminatıdır”

“Commonwealth Bank of Australia”nın valyuta treyderi Endi Ji (Andy Ji) hesab edir ki, dolların möhkəmlənməsi prosesinin davam etməsi yuana təzyiqləri artırır: “Çin Mərkəzi Bankı isə dollarla mübarizə aparmayacaq və yuanın ucuzlaşmasına imkan verəcək”.

Report

Son xəbərlər
Digər xəbərlər