G20 (Böyük İyirmilik) ölkələrinin yarısı Rusiyaya qarşı sanksiyalara qoşulub, bu barədə “Bloomberg” məlumat yayıb.
Agentlik yazır ki, dünya iqtisadiyyatının 85%-ni təşkil edən G20 ölkələri Rusiyaya qarşı sanksiyalara istəməyərək qoşulurlar. Dövlətlərin yalnız yarısı Ukrayna ətrafındakı vəziyyətə görə Moskvaya qarşı sanksiyalar tətbiq edib.
Bundan əvvəl Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi bildirmişdi ki, Yaponiya hakimiyyəti bitərəf G20 ölkələrini Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə təşviq etmək niyyətindədir.