20 C
Baku
Friday, September 26, 2025

“Bloomberg”: Hindistan Rusiya neftindən imtina etməsi üçün şərtini açıqlayıb

Hindistan ABŞ-yə bildirib ki, Rusiya neftinin idxalını dayandırmaq üçün İran və Venesueladan neft tədarükünə qoyulan qadağanın aradan qaldırılması vacibdir. Bu barədə danışıqlarla tanış mənbəyə istinadən “Bloomberg” yazıb.

Agentliyin bildirdiyinə görə, Vaşinqtonda keçirilən ticarət danışıqları zamanı Hindistan nümayəndə heyəti vurğulayıb ki, Rusiya, İran və Venesuela neftindən eyni vaxtda imtina neft və neft məhsullarının qiymətlərində kəskin artıma səbəb ola bilər. Hindistan nümayəndələrinin sözlərinə görə, İran və Venesuelaya tətbiq olunan sanksiyaların ləğvi, Ağ Evin Rusiya neftindən imtina tələbinin yerinə yetirilməsi üçün zəruri şərtdir.

Avqust ayında ABŞ Hindistan mallarına əlavə olaraq 25% gömrük rüsumu tətbiq edib. Buna səbəb Hindistanın Rusiya xammalı alması olub. Hindistan Xarici İşlər Nazirliyi bu addımı ədalətsiz adlandırıb. Təzyiqlərə baxmayaraq, ölkənin neft emalı şirkətləri Rusiya enerji daşıyıcılarından imtina etməyi planlaşdırmırlar. BMT Baş Assambleyasında çıxışı zamanı ABŞ prezidenti Donald Tramp bu məsələyə yenidən qayıdaraq Hindistanı və Çini Rusiya ilə iqtisadi əməkdaşlığa görə Ukraynadakı hərbi əməliyyatları maliyyələşdirməkdə ittiham edib.

Son xəbərlər
Digər xəbərlər