13 C
Baku
Sunday, November 24, 2024

Bloomberg: Hindistan Rusiya üçün yasaqlanmış texnologiyaların ikinci ən böyük təchizatçısı olub

Hindistan Qərb sanksiyaları ilə qadağan edilmiş kritik əhəmiyyətli məhdud texnologiyaların Rusiyaya tədarükünü artırıb.

Bu barədə “Bloomberg” yazıb.

Agentliyin məlumatına görə, Hindistan ixracının həcmi Moskva üçün Çindən sonra ikinci ən böyük olub.

ABŞ və Avropa ölkələrinin məmurları bu fonda sanksiya altında olan ixracatı dayandırmağın çətinliyini qeyd edirlər. Bildirilir ki, mikroçiplər, sxemlər və dəzgahlar kimi malların Hindistan ixracı aprel və may aylarında 60 milyon dolları keçib – yəni bu ilin əvvəlki ayları ilə müqayisədə təxminən iki dəfə artıb. İyul ayında bu rəqəm 95 milyon dollara çatıb.

Rusiya üçün sanksiya altında olan malların tədarükü həcminə görə Hindistanı yalnız Çin qabaqlayır. Qərb məmurları iddia edirlər ki, yasaqlanmış texnologiyaların, demək olar, beşdə biri Hindistan vasitəsilə Rusiyanın hərbi-sənaye kompleksinə daxil olur.

Sanksiyalar səbəbindən ikili təyinatlı əşyaların əksəriyyətinin birbaşa Rusiyaya ixracı qadağan edildiyindən, Moskva onları üçüncü ölkələrdən, bəzən isə Qərb şirkətlərinin müxtəlif törəmə şirkətlərindən və ya vasitəçilər şəbəkəsi vasitəsilə alır.

Mənbəreport
Son xəbərlər
Digər xəbərlər