15 C
Baku
Wednesday, April 2, 2025

“Bloomberg”: Hindistan Trampın təhdidlərinə görə Rusiya neftinə alternativ axtarır

Hindistanın neft emalı zavodları ABŞ prezidenti Donald Trampın Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etmək hədəsi ilə əlaqədar Rusiya neftinə alternativ axtarır, bu barədə “Bloomberg” vəziyyətlə tanış olan mənbələrə istinadən xəbər verir.

Nəşrin mənbələri bildirirlər ki, Rusiya və ABŞ Ukrayna münaqişəsinə son qoymaq üçün razılığa gələ bilməsələr, Trampın Rusiya neftinə ikinci dərəcəli rüsumların tətbiqi ilə bağlı bəyanatından sonra Hindistan tərəfi Rusiya neftindən asılılığını azaltmağa çalışır.

Son illərdə Hindistan ucuz Rusiya analoqlarının xeyrinə Yaxın Şərq və Afrikadan tədarükdən asılılığını azaldıb. “Bloomberg”in məlumatına görə, 2024-cü ildə Rusiyadan Hindistana neft tədarükü Asiya ölkəsinin idxalının təxminən 40%-ni təşkil edib.

Martın 30-da Tramp bildirib ki, Rusiya və ABŞ Ukrayna münaqişəsinə son qoymaq üçün razılığa gələ bilməsələr, Ağ Ev Rusiya neftinə ikinci dərəcəli rüsumlar tətbiq edəcək. Şəbəkə həmçinin Trampın tədbirlərin necə işləyəcəyini izah etdiyindən sitat gətirib: “Rusiyadan neft alsanız, ABŞ-la iş görə bilməzsiniz. Bütün neftə 25-50% tariflər tətbiq olunacaq”. Bir ay ərzində atəşkəs razılaşması əldə olunmazsa, ticarət rüsumlarının tətbiq oluna biləcəyi vurğulanır.

Son xəbərlər
Digər xəbərlər