17.4 C
Baku
Friday, May 16, 2025

Bloomberg: Hindistan və Pakistan arasında atəşkəs mayın 18-dək uzadılacaq

Pakistan və Hindistan arasında atəşkəs mayın 18-dək uzadılacaq, bu barədə İslamabaddakı yüksək vəzifəli rəsmilərə istinadən “Bloomberg” yazıb. Mayın 7-dən etibarən iki ölkə bir-birini münaqişəni gərginləşdirməkdə ittiham edərək qarşılıqlı hərbi zərbələr endirir.

Pakistanın Baş nazirinin müavini İshaq Dar cümə axşamı parlamentdə deyib ki, İslamabad atəşkəsi pozmayacaq. Həmin gün Hindistan Pakistanla etimad yaratmağa davam edəcəyini bildirib.

Hər iki tərəf mayın 10-da bir-birinə atəşi dayandırmaq barədə razılığa gəliblər. Günün əvvəlində Pakistan Hindistanın mayın 6-da elan etdiyi “Sindur” əməliyyatına cavab olaraq “Möhkəm divar” adlı böyük hərbi əməliyyata başladığını elan edib.

Son xəbərlər
Digər xəbərlər