23 C
Baku
Saturday, April 20, 2024

Bloomberg: İlon Mask yenidən dünyanın ən varlı adamı olub

“Tesla” və “SpaceX”in qurucusu İlon Mask Bloomberg Billionaires Index üzrə dünyanın ən varlı adamları siyahısında növbəti dəfə birinci yerdədir. Onun sərvəti 192 milyard dollar olaraq qiymətləndirilir. Qeyd edilir ki, LVMH (Moet Hennessy-Louis Vuitton) şirkətinin sahibi Bernard Arno 187 milyard dollar sərvəti ilə ikinci yerə düşüb.

Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

“Forbes”in oxşar reytinqində Bernard Arno hələ də ən varlı adamdır, onun sərvəti 215 milyard dollar dəyərində qiymətləndirilir. İlon Mask isə 200 milyard dollar sərvəti ilə siyahıda ikinci yeri tutur.

Bernard Arno 2022-ci ilin dekabrında “Bloomberg” reytinqində İlon Maskı ötüb. Bu, texnologiya sənayesindəki çətinliklərlə əlaqədar olub. Parisdəki “Euronext” birjasında ticarət zamanı LVMH səhmləri 2.6% ucuzlaşdığından iş adamları yerlərini dəyişiblər. Bernard Arno bir gündə 11.2 milyard dollar itirib.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər