15 C
Baku
Sunday, November 24, 2024

“Bloomberg”: İran neftinin ixracı ilin sonuna qədər azalacaq

İranın son aylarda əhəmiyyətli dərəcədə artan neft ixracı ilin sonuna qədər azala bilər, bu barədə “Bloomberg” yazıb. Məlumata görə, bu, Çindən tələbin azalması ilə bağlıdır. Bundan əvvəl xəbər verilmişdi ki, bu ilin əvvəlində Vaşinqton və Tehran arasında aparılan danışıqlardan sonra Amerika hakimiyyəti İrandan neft ixracı ilə bağlı mövqelərini yumşaldıb, baxmayaraq ki, rəsmi olaraq kifayət qədər sərt sanksiyalar ölkəyə şamil olunmaqda davam edir.

İlk növbədə, İran ixracı Çinə tədarüklər hesabına artıb. “TankerTrackers.com Inc.”in məlumatına görə, İrandan Çinə neft tədarükü ötən il gündəlik 1 milyon bareldən bu il 1.4-1.9 milyon barrelə yüksələrək, iki dəfə artıb. Ümumilikdə, İrandan neft ixracı sutkada 2 milyon barelə çatıb ki, bu da ölkənin maksimum gücünə yaxındır. Mənbələr bildirirlər ki, İran ixracı 2023-cü ildə zirvəyə çatıb və Çində tələbatın mövsümi azalması səbəbindən azalmağa davam edəcək.

Son xəbərlər
Digər xəbərlər