8 C
Baku
Friday, March 29, 2024

Bloomberg: İrana qarşı sanksiyalar 2016-cı ilin ilk 3 ayı ərzində ləğv ediləcək

İrana qarşı neft və maliyyə sanksiyaları 2016-cı ilin ilk 3 ayı ərzində ləğv ediləcək.

Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. Agentlik bildirir ki, Beynəlxalq Atom Enerjisi Agentliyi İranın nüvə obyektləri üzərində monitorinqini yanvar-fevral aylarında başa çatdıracaq. İran tərəfindən nüvə razılaşmasının şərtlərinin yerinə yetirilməsi halında isə sanksiyaların aradan qaldırılması barədə qərar qəbul ediləcək.

Mənbələrdən birini sözlərinə görə, İran məsələsi ilə bağlı yekun qərar 2016-cı ilin martın sonundan gec olmayaraq qəbul olunacaq.

Qeyd edək ki, iyulun 14-də İran və “altılıq” ölkələri İranın nüvə proqramı ilə bağlı razılığa gəliblər. Razılaşmaya görə, İranın uranı zənginləşdirmək imkanları məhdudlaşdırılır. Bunun müqabilində isə Tehrana tətbiq edilən sanksiyalar tədricən aradan qaldırılır. Sanksiyalar aradan qaldırıldıqdan sonra İranın dünya neft bazarına daxil olacağı gözlənilir.

APA

Son xəbərlər
Digər xəbərlər