Bloomberg: İranın Hörmüz boğazı vasitəsilə neft ixracı maksimum səviyyəyə çatıb

İran regionda gəmiçiliyin bərpası fonunda Hörmüz boğazı vasitəsilə neft ixracını fevralın sonlarında başlayan münaqişədən bəri ən yüksək səviyyəyə çatdırıb. Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, ABŞ sanksiyaları altında olan Elva, Virgo və Vigor supertankerləri hazırda Hörmüz boğazından keçir. Tankerlərin göyərtəsində ümumilikdə təxminən 6 milyon barel İran nefti var. Gəmilər Sinqapur istiqamətində hərəkət edir və xammal adətən oradan emal üçün Çinə göndərilir.

“Bloomberg” qeyd edir ki, tədarüklərin artması Vaşinqtonun gəmilərin İran limanlarına girişinə tətbiq etdiyi məhdudiyyətləri aradan qaldırmasından sonra mümkün olub.

Agentlik həmçinin Hörmüz boğazından keçən ümumi gəmi trafikinin də artdığını bildirir. Münaqişə başlamazdan əvvəl dünya üzrə neft və mayeləşdirilmiş təbii qaz tədarükünün təxminən 20%-i məhz bu strateji boğazdan keçirdi.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər