26 C
Baku
Saturday, July 27, 2024

Bloomberg: Kiyev payıza qədər $1.4 mlrd. borcunu ödəməlidir

Ukrayna 1.4 milyard dollara yaxın xarici borcunu, o cümlədən faizləri sentyabrın 1-də ödəməlidir, hal-hazırda ölkə hakimiyyəti bu öhdəlikləri yerinə yetirmək yollarını tapmağa çalışır. Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.

“Bloomberg” agentliyi bu məbləği öz hesablamaları əsasında müəyyən edib. Adının çəkilməsini istəməyən mənbələrə görə, Kiyev kreditorlara borcun restrukturizasiyasını təklif edə bilər. Digər variant isə Kiyevə Rusiyanın dondurulmuş qızıl-valyuta ehtiyatlarından istifadə etmək imkanı verməkdir. Lakin sonuncu variant hüquqi baxımdan mübahisəlidir. Beynəlxalq Valyuta Fondu ilə də danışıqlar aparılır.

Kreditorlar Ukraynanın çıxış yolu tapmaq qabiliyyətinə şübhə edirlər. Ölkənin borc öhdəliklərinin dəyəri aşağı düşüb, ödəmə müddəti sentyabrda başa çatan öhdəliklər isə artıq 40% azalıb. Kiyev xarici öhdəliklərini yerinə yetirməsə, bu, gələcəkdə onun qlobal maliyyə bazarına çıxışına mənfi təsir göstərəcək.

“Bloomberg” xatırladır ki, münaqişə nəticəsində Ukraynanın ÜDM-nin 30% azalacağı gözlənilir. Bu şəraitdə ölkənin hakimiyyət orqanları xarici dəstəyə baxmayaraq, büdcənin icrasında çox böyük çətinliklər yaşayır.

Son xəbərlər
Digər xəbərlər