Avropa Komissiyası (AK) Ukraynanın 2026–2027-ci illər üçün xarici maliyyə ehtiyaclarını 70 milyard avrodan çox qiymətləndirir. Bu barədə avropalı diplomatik mənbə jurnalistlərə məlumat verib.
“Avropa Komissiyasının məktubuna əsasən, Kiyevin maliyyə dəstəyinə olan tələbatı cari dövrdə (2026–2027-ci illər) 70 milyard avrodan çox olacaq”, – deyə o bildirib.








