11 C
Baku
Wednesday, November 13, 2024

Bloomberg: Koronavirus səbəbiylə milyonlarla Çin şirkətinin bağlanması təhlükəsi var

Çində milyonlarla kiçik və orta sahibkarlıq müəssisəsi koronavirus səbəbindən fəaliyyətini dayandıra bilər/

Banker.az xəbər verir ki, bu haqda “Bloomberg” məlumat verib. Ölkədəki müəssisələr fəaliyyətlərini dayandırmaq məcburiyyətində olub ki, bu da ciddi itkilərə gətirib çıxarıb.

Agentliyin verdiyi məlumata görə, Çində özəl biznes sektoru iqtisadiyyatın 60%-ni, iş yerlərinin isə 80%-ni təşkil edir.

Çinin ən böyük kreditoru “Industrial & Commercial Bank of China” biznesə kömək məqsədilə 5,4 milyard yuan (770 milyon dollar) vəsait ayırıb. Ümumilikdə banklar 254 milyard yuan (36,3 milyard dollar) məbləğində yardım təklif ediblər.

Qeyd edək ki, zərər çəkən təkcə kiçik və orta sahibkarlıq müəssisələri deyil, həm də bank sektorudur. “S&P Global” ın hesablamalarına görə, fövqəladə vəziyyət Çinin bank sistemində “pis borcların” üç dəfə artması ilə nəticələnə bilər.

Xatırladaq ki, koronavirus epidemiyası 2019-cu ilin dekabrın sonlarında, Çinin Uxan şəhərində yayılmağa başlayıb. Bu günə qədər koronavirusdan 2461 nəfər dünyasını dəyişib, 79 mindən çox insan yoluxub.

Son xəbərlər
Digər xəbərlər