Dünyanın ən böyük neft ehtiyatlarına sahib olan Küveyt, bu resursun ucuzlaşması nəticəsində maliyyəsiz qalıb.
Banker.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat verib.
Məqalədə qeyd olunur ki, bu il Yaxın Şərq monarxiyasının neft və qaz ixracatı 2014-cü ilin ən yüksək səviyyəsinin yarısına düşəcək. Hökumət likvid aktivlərini, demək olar ki, tükəndirib və bununla da büdcə kəsirini ödəmək iqtidarında olmayıb. Onun təxminən 46 milyard dollara çatacağı gözlənilir.
Bundan əlavə, Küveytdəki vəziyyət parlament və hökumət arasındakı qarşıdurma ilə daha da mürəkkəbləşir. Qanunvericilər hökumətin dövlət subsidiyalarının yenidən bölüşdürülməsi və borcların ödənilməsi planlarını pozublar.
OPEC tarixi enişdən sonra karbohidrogen qiymətlərini bərpa etsə də, bir barel üçün 40 dollar hələ də çox aşağıdır. Koronavirus pandemiyası və bərpa olunan enerji mənbələrinə keçid, ucuzlaşma təhlükəsi yaradır.
Qeyd edək ki, Küveytin gəlirinin 90%-i neft sənayesinin payına düşür. Əmək qabiliyyətli insanların 80%-i dövlət sektorunda işləyir. Mənzil, yanacaq və qida pulu kimi xərclər ayda 2 min dollara qədər başa gələ bilər. Maaşlar və subsidiyalar dövlət xərclərinin dörddə üçünü təşkil edir ki, bu da 2015-cü il neft qiymətlərinin düşməsindən bəri yeddinci büdcə kəsiridir.