8.5 C
Baku
Thursday, March 5, 2026

Bloomberg: Ləğv edilən aviareyslərin sayı 23 mini keçib

ABŞ və İsrailin fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlamasından sonra Yaxın Şərq ölkələrindən və bu ölkələrə olan 23 min aviaseans ləğv edilib. Bu barədə “Bloomberg” analitik şirkət “Cirium”un hesablamalarına istinadən yazır. Bu, təyyarələrdə ümumilikdə 4,4 milyon sərnişin yerinə bərabərdir.

Bundan əvvəl bildirilmişdi ki, münaqişədən ən çox İsrail və İran aviaşirkətləri zərər çəkib. Münaqişə Yaxın Şərqin digər hava daşıyıcılarının fəaliyyətinə də ciddi təsir göstərib. Xüsusilə dünyanın ən böyük beynəlxalq aviadaşıyıcısı olan “Emirates” Dubaya və Dubaydan müntəzəm reysləri martın 7-dək dayandırıb. “Qatar Airways” isə ən azı martın 6-dək uçuşlar həyata keçirməyəcək.

Asiya, Avropa və ABŞ aviaşirkətləri də İsrailə, BƏƏ-yə və regionun digər ölkələrinə uçuşlarını ləğv edib.

Fars körfəzi ölkələrindən hələ də on minlərlə turist uça bilmir. BƏƏ hakimiyyəti saatda 48 reys həyata keçirməyə imkan verən təhlükəsiz hava dəhlizlərinin yaradıldığını açıqlayıb.

Son xəbərlər
Digər xəbərlər