13 C
Baku
Saturday, November 23, 2024

Bloomberg: Lavrov və Blinken Ukrayna ilə bağlı mübahisə ediblər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Entoni Blinken arasında Ukraynadakı vəziyyətlə bağlı qızğın mübahisə olub.

Bu barədə Bloomberg agentliyi məlumat yayıb.

Məlumata görə, mübahisə dekabrın 1-də Stokholmda ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasından əvvəl təşkil olunan şam yeməyində baş verib.

Tədbir zamanı Lavrov söz alaraq 2014-cü ildə Ukraynada baş vermiş hadisələrin dövlət çevrilişi olduğunu bildirib.

Bundan əlavə, o bildirib ki, NATO və Avropa İttifaqı qəsdən müxalif fikirlərə qarşı çıxır və Rusiyanı qorxutmağa çalışır.

ABŞ dövlət katibi isə cavabında bildirib ki, 2014-cü ildə Kiyevdə dinc nümayişçilərin atəşə tutulmasında Viktor Yanukoviçə sadiq olduğu iddia edilən qüvvələrin əli olub. O, həmçinin NATO-nun müdafiə ittifaqı olduğunu vurğulayıb.

APA

Son xəbərlər
Digər xəbərlər