NATO-ya üzv ölkələr ABŞ Prezidenti Donald Trampın təzyiqindən yayınmaq üçün alyansın 2027-ci il sammitinin ləğvini mümkün hesab edirlər. Bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.
Gələn il sammitə Albaniyanın ev sahibliyi etməsi planlaşdırılırdı. Agentliyin həmsöhbətlərinin sözlərinə görə, tədbirin buraxılması ehtimalının daha bir səbəbi Albaniyanın müdafiə xərcləri ən aşağı olan NATO üzvlərindən biri olaraq qalmasıdır.
“Onun gələn il, yoxsa bir il sonra keçiriləcəyi məsələsi hazırda müzakirə olunur”, – Bloomberg NATO Hərbi Komitəsinin sədri, italiyalı admiral Cüzeppe Kavo Draqoneyə istinadən yazır.
Bu il NATO sammiti iyulun 7–8-də Ankarada keçirilir. CNN-in məlumatına görə, Donald Tramp tədbirdə yalnız Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana hörmət əlaməti olaraq iştirak etmək qərarına gəlib, alyans üzrə müttəfiqlərlə görüşə isə skeptik yanaşıb. Trampın NATO-nun digər üzvlərinə iradlarından biri onların 2026-cı ilin yazında İranla münaqişədə, xüsusilə Hörmüz boğazındakı dəniz missiyasında ABŞ-yə yardım etməkdən imtina etməsi olub.






