8 C
Baku
Monday, November 18, 2024

“Bloomberg”: Neftin 100 dollara qalxması qlobal iqtisadiyyata ikiqat zərbə vuracaq

2014-cü ildən bəri ilk dəfə geosiyasi risklərə görə 100 dollar həddinə yaxınlaşan neft qlobal iqtisadi artım perspektivlərini azaldır, inflyasiyanı isə sürətləndirir. Agentliyin iqtisadi modelinə görə, neftin qiymətinin 2021-ci ilin sonundakı 70 dollardan fevralın sonunda 100 dollara yüksəlməsi ABŞ və Avropada inflyasiyanı 0.5 faiz bəndi artıracaq.

Banker.az xəbər verir ki, üçüncü rübdə neftin qiymətinin 100 dollar səviyyəsində olacağını proqnozlaşdıran “Goldman Sachs” isə hesab edir ki, cari diapazonda kotirovkaların 50% artması qlobal inflyasiyanı orta hesabla 60 faiz bəndi sürətləndirir.

BVF bu yaxınlarda inkişaf etmiş ölkələr üçün 2022-ci il üçün inflyasiya proqnozunu 2.3%-dən 3.9%-ə, inkişaf etməkdə olan ölkələr üçün isə orta hesabla 5.9%-ə yüksəldib. “İnflyasiyanın çoxillik yüksək göstəricilərini və qiymət artımı proqnozlarının qeyri-müəyyənliyini nəzərə alsaq, dünya iqtisadiyyatının ehtiyac duyduğu son şey enerji qiymətlərində növbəti artımdır”, – deyə “HSBC Global Research”in iqtisadçıları Janet Henri və Ceyms Pomeroy söyləyir.

Son xəbərlər
Digər xəbərlər