“Bloomberg” OPEC+ iclasının keçiriləcəyi tarixi açıqlayıb. Qeyd edildiyi kimi, iştirqakçı dövlətlər gələn həftə sonu, 6 və ya 7 iyunda görüşəcəklər.
Banker.az bu barədə “Rbc.ru”ya istinadən xəbər verir.
Agentliyin həmsöhbətlərinin sözlərinə görə, Rusiya və Səudiyyə ərəbistanı, demək olar ki, bir həftə davam edən mübahisələrdən sonra İraqla neft hasilatının azaldılması şərtləi ilə ilkin razılığa gələ biliblər.
Xatırladaq ki, daha əvvəl “Bloomberg” Moskva və Ər-Riyadın müqavilənin nəzərdə tutduğu öhdəliklərin tam şəkildə yerinə yetirilməsini tələb edirdilər.
Verilən məlumata görə, Qazaxıstan, Nigeriya, Anqola və İraqla razılığa gəlinib. Qiymətləndirmələrə görə, may ayında İraq öhdəliklərinin yarısını icra edib və ölkə neft hasilatını gündə daha 24% qazaltmalı olacaq.