Bloomberg: OPEC+ sentyabrdan sonra hasilat kvotalarının artırılmasını dayandırmağı planlaşdırır

OPEC+ nümayəndələri bildiriblər ki, sentyabr ayında hasilat kvotalarının sonuncu dəfə artırılmasından sonra alyansın hasilat artımını dayandırması gözlənilir. Bu barədə Bloomberg məlumat yayıb.

Mənbələrin sözlərinə görə, avqustun 2-də keçiriləcək virtual iclasda sentyabr ayı üçün gündəlik neft hasilatı kvotasının 188 min barel artırılması ilə bağlı razılaşmanın təsdiqlənməsi planlaşdırılır. Nümayəndələr mediaya açıqlama vermək səlahiyyətləri olmadığı üçün adlarının açıqlanmamasını xahiş ediblər.

Onların sözlərinə görə, bu addımdan sonra cari il ərzində kvotaların növbəti dəfə artırılması gözlənilmir. Bununla belə, nümayəndələrdən biri qeyd edib ki, vəziyyətin inkişafından asılı olaraq plan dəyişə bilər.

Neft qiymətləri İranla bağlı münaqişə fonunda kəskin dalğalanıb. Ötən həftə Brent markalı neftin qiyməti bir barel üçün 100 ABŞ dollarını keçsə də, ABŞ və İran arasında hərbi əməliyyatların müvəqqəti dayandırılmasından sonra yenidən 90 dollardan aşağı enib.

Agentlik qeyd edir ki, İranın Hörmüz boğazında neft tankerlərinə hücumları tədarükün azalmasına səbəb olub. Münaqişə Yaxın Şərqdə neft hasilatının əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxardığı üçün kvotalardakı dəyişikliklərin bazara təsiri dərhal hiss olunmaya bilər.

Səudiyyə Ərəbistanının Energetika Nazirliyi məsələ ilə bağlı sorğuya operativ cavab verməyib. OPEC-dən də şərh almaq mümkün olmayıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər