Bloomberg: Qlobal iqtisadiyyat İran münaqişəsi fonunda uzunmüddətli yüksək uçot dərəcələri dövrünə daxil olur

ABŞ və İsrailin İrana qarşı müharibəsinin iqtisadi nəticələri səbəbindən dünya iqtisadiyyatı uzunmüddətli yüksək uçot dərəcələri dövrü ilə üzləşəcək. Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Agentliyin analitik bölməsi olan “Bloomberg Economics” iyul proqnozunu təqdim edib. Hesabata görə, dünyanın aparıcı iqtisadiyyatlarının mərkəzi banklarının orta uçot dərəcəsi ən azı 2028-ci ilə qədər yüksək səviyyədə qalacaq.

Proqnoza əsasən, 2026-cı ilin sonunda bu göstərici yanvarda proqnozlaşdırılan 4,41% əvəzinə 5,10% təşkil edəcək. Həmin proqnoz İranda müharibə başlamazdan əvvəl hazırlanmışdı. 2027-ci ilin sonuna göstəricinin 4,50%-ə qədər enəcəyi gözlənilir, lakin bu da yanvar proqnozundan 0,75 faiz bəndi yüksək olacaq. 2028-ci ildə isə fərqin təxminən 0,50 faiz bəndi səviyyəsində qalacağı gözlənilir.

Agentliyin yazdığına görə, hesabat İranda müharibə zamanı Hörmüz boğazında gəmiçiliyin dayanması nəticəsində yaranan enerji böhranının inflyasiya risklərini, eləcə də süni intellekt texnologiyalarının sürətlə tətbiqinin iqtisadi təsirlərini əks etdirir.

“Bloomberg Economics”in proqnozu dünya ÜDM-nin 90%-ni formalaşdıran 23 ölkəni əhatə edir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər