15 C
Baku
Sunday, November 24, 2024

“Bloomberg”: Rusiya ilə Səudiyyə Ərəbistanı arasındakı ittifaq dünyada neftin qiymətini artırır

Böyük neft istehsalçıları Səudiyyə Ərəbistanı və Rusiya arasında imzalanan razılaşma enerji bazarına əhəmiyyətli təsir göstərməkdə davam edir. İki ölkənin ittifaqı neftin qiymətinin bir barel üçün 90 dollardan yuxarı yüksək səviyyədə qalmasına kömək edir, bu barədə “Bloomberg” məlumat yayıb.

Geosiyasət neft sənayesində dominant qiymət faktoru olaraq qalır. 2014-cü ildə OPEC kartelində yaranan fikir ayrılığından sonra qiymətlər aşağı düşüb. 2020-ci ildə qiymətlər Rusiya ilə Səudiyyə Ərəbistanı arasında yaranan mübahisə səbəbindən daha da enib. Amma Rusiyaya qarşı sanksiyaların tətbiqindən sonra birlik bərpa olunub.

Hazırda OPEC+ müqaviləsinin iki əsas iştirakçısı qiyməti 70 dollar səviyyəsində müəyyən edir. Bu, ölkələri geosiyasi risklərə daha az həssas edir.

Analitiklərin fikrincə, geosiyasi qeyri-sabitlik şəraitində iki enerji fövqəldövlətinin ittifaqı qlobal neft bazarında qiymətlərin formalaşması üçün getdikcə daha çox əhəmiyyət kəsb edir. Yüksək kotirovkalar yaxın gələcəkdə də davam edə bilər.

Ötən həftə ABŞ Energetika Nazirliyi 2023-cü il üçün Brent markalı neftin qiyməti ilə bağlı proqnozunda dəyişiklik edib.

Son xəbərlər
Digər xəbərlər