20 C
Baku
Şənbə, May 28, 2022

“Bloomberg”: “Rusiya şirkətləri arasında ilk defolt reallaşıb”

Rusiyanın “Rusiya Dəmir Yolları” şirkəti avrobondların bir buraxılışı üzrə defolt edib.

Bu barədə “Bloomberg” Kredit Derivativləri Komitəsinə istinadən məlumat yayıb.

Söhbət 14 mart ödəmə tarixi ilə İsveçrə frankında olan avrobondlardan gedir. “Rusiya Dəmir Yolları” ödənişi həyata keçirməyə çalışsa da, özünə qarşı tətbiq edilən sanksiyalara görə bunu edə bilməyib.

Şirkətin borcunu defoltdan sığortalayan müqavilələr aktivləşdiriləcək.

Qərar istiqrazların imkan vermədiyi halda ötən həftə iki qiymətli kağız üzrə kupon ödənişlərinin rublla həyata keçirilməsindən sonra investorların ölkənin suveren istiqrazlarının defolt olub-olmayacağına diqqət yetirdiyi üçün qəbul edilib.

Son xəbərlər
Oxşar xəbərlər