23 C
Baku
Sunday, July 21, 2024

Bloomberg: “Rusiyalılar müharibədən əldə edilən gəlirləri Britaniya şirkətləri vasitəsilə yuyurlar”

“Böyük Britaniya Ukraynada müharibə başlayandan bəri rusiyalıların əldə etdikləri qeyri-qanuni gəlirləri yumaq üçün ölkənin şirkətlərindən istifadə etdiklərindən şübhələnir”.

Bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat verib.

Məlumata görə, ölkənin hüquq-mühafizə orqanları son illərdə Britaniyada xaricilər tərəfindən qeydiyyatdan keçmiş çox sayda saxta şirkətlər aşkar ediblər. Ehtimal olunur ki, bu şirkətlərdən çirkli pulların yuyulması və ya vergidən yayınma üçün istifadə olunur.

“Yüzlərlə belə firmaların rəhbər vəzifələrində rusiyalılar var və Rusiyanın nəzarətində olan bəzi şirkətlər hazırda Ukraynadakı müharibədən maliyyə mənfəəti üçün istifadə etməyə çalışırlar”, – deyə qeyd edilir.

Bildirilir ki, Böyük Britaniya bir çox Rusiya şirkətlərinə və fərdi şəxslərə qarşı genişmiqyaslı sanksiyalar tətbiq etsə də, ölkənin maliyyə sisteminə çox sayda saxta şirkətlər və digər qeyri-şəffaf strukturlar sızıb. Bu da Rusiyaya qarşı məhdudiyyətlərə nəzarət olunmasını çətinləşdirir.

“Biz qeyri-qanuni fəaliyyəti dəstəkləmək üçün şirkət reyestrindən sui-istifadə edildiyindən xəbərdarıq. Biz hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq edirik və potensial cinayət fəaliyyəti aşkar edilərsə, onların dəstəyindən istifadə edəcəyik”, – deyə Böyük Britaniya Qeydiyyat Palatasının nümayəndəsi şərh verib.

Lakin o, məhz hansı şirkətlərdən söhbət getdiyi barədə sualları cavablandırmayıb.

Son xəbərlər
Digər xəbərlər