Barbados və Panama yüzdən çox Rusiya tankerini öz reyestrindən çıxarır: indi onlar yeni ölkələr axtarmağa məcburdur. “Bloomberg” yazır ki, bu, Rusiyaya neft ixrac etməyə kömək edən logistika sisteminə ciddi ziyan vurur.
Rusiya tanker donanmasının böyük hissəsi ABŞ və Böyük Britaniyanın sanksiyaları səbəbindən bayrağını dəyişmək məcburiyyətindədir.
Barbados Dəniz Reyestri Böyük Britaniyanın sanksiyalarına məruz qalan 46 gəmidən ayın sonuna qədər bayraqlarını qaldırmağı xahiş edəcəyini bildirib. Onlardan 14-ü ABŞ sanksiyaları altındadır.
Həmçinin bu ayın əvvəlində Panama gəmiçilik reyestri ABŞ-ın sanksiyalarına məruz qalan 68 gəmini siyahıdan çıxarmağa başladığını bildirib.
Qeyd edək ki, Barbados bayrağını dalğalandırmaq fürsəti Rusiya gəmiləri üçün əsl şans idi, çünki bu ölkənin dəniz reyestrləri dünyada ən nüfuzlulardan biridir. Bayraq dəniz təhlükəsizliyi standartlarının təmin edilməsində əsas rol oynayır və Rusiya əsas oyunçuların xidmətlərinə çıxışı itirdikdə tez-tez sənayedə daha az tanınan ölkələrə müraciət etməyə başlayır.
Londonda yerləşən Barbados gəmiçilik reyestrinin baş icraçı direktoru Govanni Çinilyo bildirib ki, onun ölkəsi Rusiyaya qarşı sanksiyalar tətbiq etməsə də, iki ölkə arasında yaxşı münasibətlər olduğuna görə İngiltərənin siyasətini izləyir. Buna görə də Barbados Birləşmiş Krallığın sanksiyalarına məruz qalmadıqca ABŞ-nin sanksiyalarına məruz qalan gəmilərdən bayrağını götürməyəcək.
“Equasis” dəniz məlumat bazasına əsasən, bəzi Barbados gəmiləri artıq Tanzaniya, San- Tome və Prinsipi də daxil olmaqla digər ölkələrdə yenidən qeydiyyatdan keçib. Panama öz növbəsində bildirib ki, ötən ilin sonunda ABŞ, Avropa İttifaqı, Britaniya və BMT sanksiyalarına əməl edəcək qaydanı qəbul etdikdən sonra 68 gəminin qeydiyyatını silməyə başlayıb.