10 C
Baku
Wednesday, December 11, 2024

“Bloomberg”: S. Ərəbistanının neft ixracı son iki ildə rekord həddə çatıb

Səudiyyə Ərəbistanının xam neft ixracı iyul ayında 2020-ci ilin aprelindən bəri ən yüksək səviyyəyə yüksəlib, Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Keçən ay krallıqdan dənizdə neft tədarükü iyunda sutkada 6.6 milyon barellə müqayisədə sutkada təxminən 7.5 milyon barel təşkil edib. “Bloomberg” qeyd edir ki, artım ABŞ-ın neft hasilatını artırmaq üçün Səudiyyə Ərəbistanına təzyiqləri fonunda baş verib.

Səudiyyə Ərəbistanından əsas istiqamət olan Çinə neft ixracı iyulda orta hesabla 1.65 milyon barel/günə yüksəlib. Hindistana tədarüklər 2020-ci ilin aprelindən bəri ilk dəfə olaraq sutkada 1 milyon bareldən çox olub.

ABŞ Prezidenti Co Bayden iyul ayında OPEC-in ən böyük istehsalçısı olan Səudiyyə Ərəbistanının hasilatı artıracağını gözlədiyini söyləyib. Cənab Baydenin Səudiyyə Ərəbistanına səfərindən sonra Ağ Ev Ər-Riyadın istehsal artımı planlarına düzəlişlər etməyə razılaşdığını açıqlayıb. İyul və avqust aylarında ölkə bu göstəricini 50% artıracaq və əvvəlkindən 250 min barel çox istehsal edəcək.

Son xəbərlər
Digər xəbərlər